Yuxarı

KQB zabiti Azərbaycandakı UNO-dan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSRİ KQB-sinin xüsusi şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan mayor Vasili Kuzminıx iddia edir ki, Azərbaycan əraizisində xidmətdə olarkən nəhəng ölçüdə naməlum obyekt görünüb.

Virtualaz.org xəbər verir ki, jurnalistlə söhbətində Vasili Kuzminıx ötən əsrin 80-ci illərindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan SSR-in ərazisində əks-kəşfiyyatda xidmət edib. Həmin zaman Azərbaycan səmasında naməlum uçan obyekt (UNO) görünüb və bu məlumat gizli saxlanıb.

"Azərbaycanda xidmət edərkən mən UNO gördüm. Bizim hissənin üstündən obyekt keçdi. Onun diametri... Təyyarəçilər müxtəlif rəqəmlər səsləndirirdilər. Həmin vaxt paralel kurslarda uçan pilotlar onu uzaqdan görmüşdülər, deyirdilər ki, diametri 800 metrə yaxındır. Amma yaxınlıqdan uçanlar bildirirdilər ki, stadion boydadır, hardasa 80 metr. Sadəcə qaz işığına bənzəyən mavi rəngli şar.

O, saatda 700 kilometr sürətlə hərəkət edirdi. Bizimlə eyni hündürlükdə. O vaxt buna izahat tapa bilmədik. Belə nəticəyə gəldim ki, bu bizim biliklərimizdən kənarda qalan bir şeydir. Yeri gəlmişkən, təyyarəçilər bildirirdilər ki, həmin vaxt havada turbulentlik yox idi, yəni aydın məsələdir: obyektin təbiəti "bizimki” deyildi.

Yadımdadır, məndən bu hadisə ilə bağlı bütün sənədləri alandan sonra rəhbərim dedi: "İndi bu kağız-kuğuza görə mən nə nəticəyə gəlməliyəm və hansı raportu yazmalıyam? Qısası, bunların hamısını cırıram! Bəsdir, boş-boş işlərlə məşğul oldunuz! Get, casus axtar”, - Kuzminıx deyib.

Tarix
2018.08.19 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla