Yuxarı

Gürcü baş nazirdən Qurban təbriki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 21-də müqəddəs Qurban bayramı münasibətilə Tiflisdəki məsciddə olub.

Axar.az xəbər verir ki, baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, onlara bol ruzi, sağlam həyat və sülh arzulayıb. Qeyd edib ki, Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır.

M.Baxtadze Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi vurğulayıb, dövlətin bunu yüksək qiymətləndirdiyini deyib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da çıxış edərək müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, ölkələrimiz arasındakı mehriban dostluq və qardaşlıq əlaqələrindən danışıb, bəzi sahələrdə mövcud olan problemlərin birgə əməkdaşlıq sayəsində aradan qaldırılacağına ümidvar olduğunu bildirib.

Sonra digər çıxış edənlər baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.

Sonda Baş nazir din xadimləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

Tarix
2018.08.21 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla