Yuxarı

7 tikinti obyektinin fəaliyyəti dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı və Sumqayıt şəhərində 50-dən artıq iş yerində yoxlamalar aparılıb".

Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini Məhərrəm Məhərov Xidmətin sentyabrın 15-dən 21-dək keçirdiyi "Təhlükəsiz iş həftəsi"nin gedişatının yekunu barədə məlumat verərkən deyib.

Nazirlik rəsmisi bildirib ki, təkcə Bakı və Sumqayıt şəhərində 50-dən artıq tikinti sahəsində yoxlamalar aparılıb:

"Yoxlamalar zamanı 4-ü Sumqayıt, 8-i isə Bakı şəhərində olmaqla ümümilikdə 12 obyektdə iş prosesi dayandırılıb. Tikinti işləri gedən ərazidə çəpərləmənin olmaması, mühafizə vasitələrindən istifadə edilməməsi, əmək müqavilələrinin olmaması kimi çoxsaylı problemlərlə üzləşdiyimizdən obyektlərin bəzilərinin fəaliyyətinə müvəqqəti olaraq xitam vermişik. İşçinin həyatı və sağlamlığı ilə bağlı rast gəldiyimiz real təhlükələr bizi bu addımı atmağa vadar edib. Ancaq sözügedən nöqsanları dərhal aradan qaldırdığına görə beş tikinti obyektində iş prosesi yenidən başlayıb. Yerdə qalan yeddi obyektdə cərimə öz yerində, aşkarladığımız qüsurlar aradan qaldırılmasa, işin davam etməsinə icazə verilməyəcək. Belə iş yerlərinə qeyri-müəyyən vaxta kimi möhlət vermişik. Bizim əsas məqsədimiz həm işəgötürülənlərin, həm də işçilərin diqqətini təhlükəsiz işə cəlb etməkdir".

M.Məhərov aparılan yoxlamaların artıq nəticə verməyə başlamasına da diqqət çəkib:

"Yoxlamalar zamanı əməkdaşlarımız obyektlərə baş çəkən zaman bəzi sahələrdə işçilərin təzə paltar, ayaqqabı və digər vasitələrlə tam hazır vəziyyətdə olduğunun şahidi olublar. Araşdırmalarımız davam etdirilir və görünür artıq müəyyən təsirlər var".

Tarix
2014.09.23 / 15:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla