Yuxarı

Rauf Arifoğlu Anar Məmmədovu uddu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Arifoğlu Anar Məmmədovu uddu - Foto

Xəbər verildiyi kimi, bu gün Xətai Rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verməsi ilə bağlı proses başlayıb.

Əməkdaşımızın məhkəmədən verdiyi xəbərə görə, məhkəmə iclasında R.Arifoğlunun hüquqlarını vəkil Elçin Sadıqov və Vaqif Hüseyn təmsil edib.

Onlar məhkəmə heyətindən A.Məmmədovun şikayətinin təmin edilməməsini tələb ediblər.

Hər iki tərəfin nümayəndələrinin çıxışından sonra hakim Habil Məmmədov müşavirəyə gedib.

Hakim müşavirədən qayıtdıqdan sonra nəqliyyat nazirinin oğlunun şikayətinin təmin edilmədiyini bildirib.

Qeyd edək ki iddia ərizəsində A.Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edirdi. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb.

Musavat.com

Tarix
2014.09.26 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla