Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamenti oktyabr ayına olan hava proqnozunu
açıqlayıb.
Axar.az-a nazirlikdən verilən məlumata görə, oktyabr ayında
havanın orta aylıq temperaturunun iqlim norması daxilində tərəddüd
edəcəyi, birinci ongünlükdə müsbət anomaniyalar üstünlük təşkil
etsə də, üçüncü ongünlükdə temperaturun iqlim normasından bir qədər
aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq
və dağətəyi ərazilərdə və Lənkəran-Astara zonasında iqlim
normasından bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 11-16 dərəcə
isti, lakin üçüncü ongünlüyün bəzi günlərində iqlim normasından bir
qədər aşağı, gündüzlər 18-23, birinci ongünlüyün bəzi günlərində
25-27 dərəcəyədək isti, üçüncü ongünlüyün bəzi günlərində isə 12-16
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm)
olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr ayın birinci
yarısında 5-10 dərəcə isti, bəzi günlərdə 15 dərəcəyədək
yüksələcəyi, üçüncü ongünlükdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək
isti, gündüzlər 20-25, ayın birinci yarısında bəzi günlərdə 28
dərəcəyədək isti olsada, üçüncü ongünlükdə 11-16 dərəcəyədək isti)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32
mm), bəzi yerlərdə isə normadan çox olacağı gözlənilir.
Yuxarı Qarabağ
Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq
temperaturun 5-10 dərəcə isti (gecələr 1-6 dərəcə şaxta, bəzi
günlərdə 10 dərəcəyədək isti, üçüncü ongünlükdə normadan aşağı,
hətta bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 13-18, ayın birinci
yarısının bəzi günlərində 20-24 olsada üçüncü ongünlükdə 5-10
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır
lakin bəzi günlərdə normadan bir qədər yüksək olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm),
bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında
Orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 11-16, üçüncü
ongünlükdə 2-7 dərəcə isti, gündüzlər 18-23, ayın birinci yarısının
bəzi günlərində 28 dərəcəyədək yüksələcəyi, üçüncü yarısında 13-18
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm),
bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
orta aylıq temperaturun 10-15 dərəcə isti (gecələr 7-12 dərəcə
isti, bəzi günlərdə 15 dərəcəyədək yüksələcək, üçüncü ongünlüyün
sonunda 0-4 dərəcəyədək şaxta, gündüzlər 11-16 dərəcə isti, ayın
birinci yarısında 18-23, bəzi günlərdə hətta 25 dərəcəyədək
yüksələcəyi, üçüncü ongünlükdə isə 5-10 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 33-126 mm), bəzi yerlərdə
isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun
15-17 dərəcə isti (gecələr 11-16, bəzi günlərdə 19 dərəcəyədək
isti, üçüncü ongünlükdə 9-14, bəzi günlərdə isə 17 dərəcəyədək
isti, gündüzlər 18-23, ayın birinci yarısının bəzi günlərində
25-30, üçüncü ongünlükdə bəzi günlərdə 10-15 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə
isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında
Orta aylıq temperaturun 10-17 dərəcə isti (gecələr 10-15, bəzi
günlərdə 18 dərəcəyədək isti, üçüncü ongünlükdə isə 5-10 dərəcə
isti, dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüzlər 17-22, ayın
birinci yarısının bəzi günlərində 27 dərəcəyədək, üçüncü ongünlükdə
bəzi günlərdə 10-15 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın (norma 96-274 mm), bəzi yerlərdə isə bir qədər çox
olacağı gözlənilir.