Yuxarı

Yeni piyada keçidinin müsbət və mənfi tərəfi - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Piyadaların təhlükəsizliyinin təmin edilməsi, onların piyada keçidlərində avtomobillə vurulma hallarının qarşısının alınması üçün yeni, kreativ, innovativ ideyalara ehtiyac var.

Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib. O, 3D formatında olan piyada keçidinin müsbət və mənfi tərəflərindən danışıb:

“Piyada təhlükəsizliyini təmin etmək üçün xarici ölkələrdə müxtəlif ideyalar tətbiq olunur. Bunun üçün müxtəlif üsullar var, onlardan biri də 3D formatında olan piyada keçidləridir. Belə keçidin müsbət tərəfi odur ki, sürücü bunu maneə kimi qəbul edir və sürəti azaldır. Bununla piyadanın təhlükəsizliyi təmin olunur.

Mənfi tərəfi isə odur ki, piyadalar olmasa belə, bəzi sürücülər onu maneə kimi qəbul edirlər və anidən əyləci basırlar. Bu da arxadan gələn avtomobil üçün qəza şəraiti yaradır. Bu yaxınlarda Kazanda da belə hadisə olmuşdu: 3D formatında piyada keçidləri çəkmişdilər və qəza şəraiti yaranmışdı. Ara məsafəni düzgün saxlamadıqları üçün qarşıdakı avtomobil qəfil əyləcə basmışdı və arxadakı maşın ona çırpılmışdı”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Naxçıvan şəhərində avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.

Tarix
2018.09.19 / 17:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla