Yuxarı

Qocaya göy rəngli çanta verdilər - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Dadaşov ifadə verib. O bildirib ki, Bakıdan-Lənkərana etap olunan dustaqlardan olub:

"Burdakıların heç birini tanımıran. Həmin günü etap olunmuşam. Lakin qatara minən kimi yatmışam. Bir də düşəndə durmuşam. Heç nədən xəbərim olmayıb".

Şahid qeyd edib ki, onu istintaq təcridxanasında müstəntiq dindirib: "Orda nə yazılıb bilmirəm, xəbərim yoxdu. Adları çəkilənlər arasında bir Tahir Məlikovu tanımışam. O da mənimlə bir yerdə olub. Bir uşağım var, onun canına and olsun ki, mən heç nə eşitməmişəm, görməmişəm".

Şahidin istintaqa verdiyi ifadə elan edilib. Qoca ilə Tahir Məlikov mənimlə bir neçə dəfə etap olunub. Həmin vaxtı onlar qatarda sərbəst hərək edirdilər. Qatarda iki nəfərlik kupelər vardı. Həmin kupelər dustaqlara pulla satılırdı. Tahirlə Qoca həmin pullu yerlərdə gedib-gəlirdilər".

Şahid istintaqda belə bir ifadə vermədiyini deyib: "Qara dustağam. Yeri gələndə ədliyyə işçiləriin də əleyhinə danışıram. Amma mən bilmədiyimi, görmədiyimi yalandan danışa bilmərəm".

Vəkillər şahidi dindirən müstəntiqin əlavə şahid kimi dindirilməsi ilə bağlı vəsatət verib. Hakim qeyd edib ki, əsas şahidlərin dindirilməsindən sonra bu məsələyə baxılacaq.

Daha sonra prosesdə şahid qismində Cəlil Əliyev dindirilib. Şahid istintaqa ifadə vermədiyi yalnız sənədlərə qol çəkdiyini deyib: "Dustağam, dedilər qol çək mən də çəkdim. Hadisə olan vaxtı etap olunan dustaqlardan biri olmuşam. Heç nə görməmişəm. Qocanı dustaq kimi tanımışam. Bir neçə dəfə onla birgə etap edilmişik".

Şahidin istintaqa verdiyi ifadəsi elan edilib. Cəlil Əliyev istintaq ifadəsində bildirib ki, Qoca vaqonda rahat gəzirdi: "O, çox sərbəst idi. Ədliyyə işçiləri ilə çox mehriban idi. Bu mənə çox təəccüblü gəlirdi. Qoca dəhlizdə o yana-buya rahat gəzirdi, kameralara baxırdı. Orda Qocaya göy rəngli çanta verdilər".

Şahid bu sözlərin heç birinin ona aid olmadığını deyib.

Prosesdə vəkil Eynulla Vəliyev bu gün dindirilən hər iki şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb edib. Vəsatət baxılmamış saxlanılıb.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Tarix
2018.09.24 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla