Yuxarı

Azərspeys-2 kosmodromdan orbitə buraxıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Azərspeys-2 (Azerspace-2) peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Azərspeys-2 peyki orbitə “Eriyanspeys” ("Arianespace”) şirkətinə məxsus Eriyan-5 ağır daşıyıcı raketi ilə göndərilib.

Buraxılış çərşənbə günü Bakı vaxtı ilə gecə saat 02:29-da start götürüb.

Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Azərspeys-2 peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

Bu, Eriyan-5 raket daşıyıcısı üçün yubiley - sayca 100-cü buraxılış olub. Onun göyərtəsində iki əcnəbi telekommunikasiya peyki – Azərspeys-2 və Horizons-3e var. Birinci aparat məlum olduğu kimi Azərbaycana, ikinci isə Yaponiyaya məxsusdur.

Azərspeys-2 Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.

Peyk Speys Sistem/Loral (SSL) şirkəti tərəfindən yüksək etibarlı SSL-1300 peyk platforması əsasında istehsal olunub.

Azərspeys-2 peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – Azərspeys-1 peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Tarix
2018.09.26 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla