Yuxarı

Balakəndə qətlə yetirilmiş şəxsin meyiti tapıldı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə qətlə yetirilmiş şəxsin meyiti tapıldı - Yeniləndi

11:15

Balakən rayonunda odlu silahla qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Balakən rayonun Gərəkli kəndində dağlıq ərazidə qeydə alınıb. Meşə zolağında qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlü Umarov Vaqif İbrahim oğlu olması müəyyən edilib. Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

15:15

Balakən rayon Qullar kənd sakininin ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, oktyabrın 3-də Balakən rayonu ərazisində Qullar kənd sakini Vaqif Omarovun ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb.
Hadisə yerində "İJ-12" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı Balakən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2014.10.04 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla