Yuxarı

Zəlzələlərin baş verməsinin səbəbi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəlzələlərin baş verməsinin səbəbi açıqlandı

"Fevralın 10-da Hacıqabul rayonu ərazisində baş verən zəlzələ Azərbaycanda olan digər zəlzələ ocaqlarını oyadıb. Son günlər Qəbələ rayonu ərazisində baş verən zəlzələlər də bunun nəticəsidir".

Bunu Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli deyib ki, Qəbələdə sentyabrın 29-da baş verən zəlzələlər (maqnitudası 5,4, dərinliyi 10 km olan zəlzələ hiss olunub) nəticəsində hələ ki, avtoşoklar davam edir: "Sentyabrın 29-dan bu günə qədər həmin ərazidən 80-dən artıq avtoşoklar qeydə alınıb. Düzdür, son iki gündə avtoşoklar dayanmışdı. Bu gecə qeydə alınan avtoşok ən güclüsü idi".

Onun sözlərinə görə, qeydə alınan zəlzələlərin dərinliyi az olduğu üçün daha qabarıq hiss olunur.
Q.Yetirmişli bildirib ki, ölkə ərazisində və Xəzər dənizində seysmoloji aktivliyin artması barədə yayılan söhbətlər həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gecə və səhər Qəbələdə və Şəkidə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Respublika Seysmoloji mərkəzindən bildiriblər ki, bu gün yerli vaxtla saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

Yerin 5 km dərinliyində baş verən zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.

Xatırladaq ki, bu ilin fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınmışdı. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olmuşdu. Baş vermiş zəlzələnin ocağında ən azı son 40 il ərzində elə güclü zəlzələ baş verməyib.

Tarix
2014.10.04 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla