Yuxarı

Füzulidə Qurban bayramı əsgərlərlə keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulidə Qurban bayramı əsgərlərlə keçirildi - Foto

Füzuli rayonu ictimaiyyətinin nümayəndələri Qurban bayramını cəbhə xəttində düşmənlə üz-üzə xidmət edən əsgərlərlə birgə keçiriblər.

AzərTAc xəbər verir ki, qonaqlar ön xətdə xidmət edən əsgərlərimizin vəziyyəti ilə maraqlanıb, xidmət və məişət şəraiti ilə tanış olub, onlarla səmimi söhbətlər aparıb, Vətənin keşikçilərinə bayram sovqatları çatdırıblar.

Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edənlər bayram münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıblar. Görüşdə Qurban bayramının fəzilətlərindən danışılıb, Allah-Təaladan işğal altında olan torpaqlarımızın azad edilməsi, haqq-ədalətin təmin olunması dilənib. Əminliklə bildirilib ki, qüdrətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad edilməsində öz qəti sözünü deyəcək və üçrəngli, ay-ulduzlu bayrağımız yenidən doğma Qarabağımızda dalğalanacaqdır.

Xidmətdə fərqlənən bir qrup zabit və əsgərə fəxri fərmanlar təqdim edilib.

Hərbi hissənin komandanlığı bu cür görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulayaraq, Füzuli rayonu ictimaiyyətinə minnətdarlığını bildirib.

Tarix
2014.10.06 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla