Yuxarı

Mənzillərdən oğurluq edən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən qızıl zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb. Saxlanılarkən həmçinin onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Astara şəhər sakini R.Heydərov yaşadığı evdən “Samsung” markalı mobil telefonun oğurlanması ilə bağlı RPŞ-yə müraciət edib. Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib və o saxlanılaraq Astara RPŞ-yə gətirilib.

Polis şöbəsində onun üzərinə keçirilən baxış zamanı 12 bükümdə ümumi çəkisi 1,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E.Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 2 yaşayış evindən oğurluq etdiyi də məlum olub. Onun rayonun Qamışovka kəndindəki bir evdən 6000 manat dəyərində qızıl-zinət əşyaları, Astara şəhəri ərazisindəki digər mənzildən isə bir ədəd qızıl üzük oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.10.16 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla