Yuxarı

Ölkəyə gətirilən 17 ton kividə nələr aşkarlandı? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal olunan 17.2 ton kiviyə fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulların bir hissəsində zərərli orqanizm olduğu aşkar edilib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən tut qalxanlı yastıcası (Pseudolaspis pentagona Targ.) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Laborator müayinələri nəticəsində, kivinin zərərli orqanizmə sirayətlənməsi müəyyən edilib. Bu səbəbdən zərərli orqanizmlə sirayətlənmiş məhsullar seçilərək dövriyyədən çıxarılıb və AQTA əməkdaşları tərəfindən Sumqayıt Məişət tullantıları poliqonunda məhv edilib.

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.

Tarix
2018.10.17 / 13:08
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla