Yuxarı

Gömrük şefi Gürcüstan səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.

Bu barədə Axar.az-a DGK-dan məlumat verilib.

Məlumata görə, S.Mehdiyev işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) dəstəyi ilə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində görülən işlər, burada fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzi sərhədkeçmə prosesinin asanlaşmasına və təhlükəsiz şəkildə reallaşmasına imkan verəcək.

Komitə sədri gələcəkdə iki ölkənin sərhədində inşa olunacaq və tarixi “İpək yolu”nun imkanlarını daha da genişləndirəcək yeni gömrük-sərhəd buraxılış məntəqəsindən, burada hər iki ölkənin uyğun qurumlarının birgə nəzarət mexanizmindən də danışıb, yeni layihənin həm regionda, həm də beynəlxalq sferada ilklərdən olacağını dilə gətirib.

Z.Pataradze görüşə görə təşəkkürünü bildirib və Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Səfir iki ölkə arasında turizm sahəsində yeni layihələrin tətbiqinin vacibliyinə toxunub və bu istiqamətdə görüləcək işlər və atılacaq addımlar barədə məlumat verib. Azərbaycanın bütün sahələrdə daim Gürcüstanı dəstəklədiyi vurğulanıb və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Tarix
2018.10.18 / 17:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla