Yuxarı

Qubada əmisi gəlinini qaçıran gənci döyüb öldürdülər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:38

Daxili İşlər Nazirliyi (DİN) Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2018.10.22 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla