Yuxarı

Eldar Əzizov sahibsiz itlərlə bağlı göstəriş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Bakı şəhərində və xüsusilə də şəhərətrafı kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. İnsanların sahibsiz heyvanların hücumuna məruz qalması, xüsusilə azyaşlıların itlər tərəfindən dişlənməsi halları artmaqdadır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a verilən məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov insanları narahat edən sahibsiz küçə heyvanları ilə bağlı göstəriş verib və hazırda bu istiqamətdə kompleks tədbirlər görülür.

Eldar Əzizovun Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verdiyi göstərişin məhz bu tədbirlərin bir hissəsi olduğu və sahibsiz heyvanlarla bağlı mübarizə üçün yeni struktur hazırlandığı bildirilir. Bunun üçün "Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsinə əsasən, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılır. İşlər çərçivəsində yeni laboratoriyanın qurulması, xüsusi təyinatlı maşınlar, itlərə keyidici iynələrin vurulmasında istifadə ediləcək güllələrin, eyni zamanda, işçilər üçün xüsusi geyimlər alınması nəzərdə tutulur.

Yeni strukturun fəaliyyətə başlamasından sonra sahibsiz küçə itlərinin sayının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Tarix
2018.10.22 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla