Yuxarı

Bakıda kirpi ətinin verilməsi ilə bağlı rəsmi açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu məlumat internetdə yayılıb, hələ ki fakt təsdiqlənməyib, bizdə dəqiq məlumat yoxdur. Bundan əlavə, biz deyə bilmərik ki, bu kirpinin, qoyunun və ya başqa bir heyvanın ətidir. Bu məsələ ilə bağlı tapşırıq verilib, bir sıra məsələlər araşdırmalıdır. Restoran sahibləri bildirib ki, bu video bir neçə il əvvəl çəkilib. Hazırda həmin videonun nə vaxt qeydə alındığı araşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Bakıda restoranlardan birində kirpi ətinin verilməsi ilə bağlı yayılan videoya münasibət bildirərkən Report-a müsahibəsində deyib.

"Öncə qeyd edim ki, restoran sahiblərinin mənşəyi bilinməyən heyvan ətini almağa ixtiyarı yoxdur. Bu işlə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yox, digər aiddiyyətli qurumlar məşğul olur, burada söhbət insanların sağlamlığından gedir. Hətta ov əti belə olsa, həmin ət xəstəlik daşıyıcısı ola bilər. Restoran sahibi hər hansı naməlum adamdan, ovçudan mənşəyi bilinməyən ət alırsa, bu zaman qida təhlükəsizliyi məsələsi yaranır. Belə faktlar mütləq araşdırılmalıdır.

Bu fakta gəlincə, araşdırma zamanı üzə çıxsa ki, videodakı oxlu kirpinin əti olub, onu hansısa ovçu vurub, bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tədbir görəcək", - departamentin direktoru qeyd edib.

Tarix
2018.10.22 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla