Yuxarı

Nazirlikdən 5 manata satılan “pulsuz” kitab açıqlaması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən 5 manata satılan “pulsuz” kitab açıqlaması

Təhsil Nazirliyi məktəb şagirdlərinə pulsuz paylanması nəzərdə tutulan dərsliklərin satışa çıxarılmasına aydınlıq gətirib.

Təhsil Nazirliyindən şagirdlərə pulsuz paylanması nəzərdə tutulan kitabların mağazalarda 5 manata satışa çıxarılması ilə bağlı Axar.az-ın ünvanlandığı sorğuya cavab olaraq bildiriblər ki, yeni dərs ilində bütün ümumtəhsil məktəb şagirdləri dərsliklərlə pulsuz təmin olunub.

"Üzərində "pulsuz" sözü yazılmış dərsliklərin satışa çıxarılması məsələsinə gəlincə qeyd edə bilərik ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunmalıdır".

Qeyd edək ki, ibtidai siniflər üçün nəzərdə tutulan və Təhsil Nazirliyinin pulsuz paylamalı olduğu kitablar mağazalarda satışa qoyulub. Kitabın üzərində "pulsuz" sözləri yazılsa da, satıcılar sözün üzərinə qiymət etiketini yapışdırmaqla satışa çıxarıblar. Təhsil Nazirliyinin "pulsuz" kitabları mağazalarda 5 manata satılır. Məktəblərdə paylanmadığından müəllimlər valideynlərə kitabları mağazalardan əldə etməyi məsləhət görüblər.

Tarix
2014.10.15 / 17:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla