Yuxarı

5 nəfərin yanaraq öldüyü evin – Videosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:35

İcra hakimiyyətinin nümayəndələri gecə saat 4 radələrində yanğın hadisəsi baş verən ərazidə olub. Yanğın gecə, hər kəsin yatdığı saatlarda baş verdiyindən çox gec xəbər tutulub.

Bu sözləri Axar.az-a Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov bildirib.

İcra nümayəndəsinin sözlərinə görə, dəhşətli yanğın hadisəsində ev tamamilə yanaraq kül olub:

“İlkin ehtimala görə, yanğın odun sobasından törəyib. Ev tamamilə külə dönüb. Dəhşətlisi odur ki, evdə körpə uşaqlar olub. Evin bütün pəncərələri barmaqlıqla əhatələnib. Bu səbəbdən yanğın baş verən zaman evdən çıxa bilməyiblər.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir, araşdırma aparılır. Hadisə yerində kriminalistlər də işləyir”.

Qeyd edək ki, Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.

Yanğın zamanı ailə başçısı evdə olmayıb. Hadisə zamanı evin xanımı 1990-cı il təvəllüdlü Sevinc Tağıyeva və 3 övladı - 2010-ci il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və uşaqların xalası qızı - 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı dünyasını dəyişib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix
2018.11.14 / 21:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla