Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah hava necə olacaq?

Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra 19 oktyabr günün ikinci yarısında hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axar.az-a bildiriblər ki, uzun müddət davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, axşama doğru isə kəskinləşəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru yağış yağacaq, yarımadanın bəzi yerlərində intensivləşəcək. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecəyə doğru bəzi yerlərdə şiddətlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, günün birinci yarısı 20-25, axşama doğru 10-12 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sabah şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq, şimşək çaxacaq. Bəzi yerlərdə yağış arabir intensivləşəcək, güclü qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, günün birinci yarısı 22-27, axşama doğru 12-17, dağlarda gecə 4-8, günün birinci yarısı 12-17, axşama doğru 5-9 dərəcə isti olacaq.

Tarix
2014.10.18 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla