Yuxarı

16 yaşlı qız nişanından bir gün öncə evdən qaçdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun kəndlərinin birində 16 yaşlı məktəbli qız qaçırılıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, qızın kim tərəfindən qaçırıldığı bəlli deyil.

Məlumata görə, bu gün onun nişanı olacaqmış. Qız nişanından bir gün əvvəl qaçırılıb.

Kənd sakinlərinin sözlərinə görə, dünən səhər saat 11 radələrində evlərində nişan hazırlığı görülərkən qız qonşuluqdakı bacısıgilə qab gətirməyə gedib. Bir neçə saat keçsə də, o qayıtmayıb. Anası digər qızı ilə əlaqə saxlayıb, onlara getmədiyi məlum olub.

Ailə polisə müraciət edib. Bir neçə saat sonra qız özü ailəsi ilə əlaqə saxlayıb və könüllü qaçdığını deyib. O, Qəbələ rayonundan olan sevdiyi oğlanla qaçdığını, oğlanın ailəsinin bu izdivaca razı olduğunu deyib.

Sakinlər deyir ki, qızın anası onu oğlana məcbur verirmiş.

Hazırda polis qızın axtarışını davam etdirir.

Tarix
2018.11.15 / 11:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla