Yuxarı

DYP reyd keçirdi: 30-a yaxın sürücü cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Göygöl Dövlət Yol Polisi bölməsi rayon ərazisində reyd keçirib.

Bu barədə Axar.az-a DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrdən istifadə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.

Tarix
2018.11.19 / 10:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev Bakını sülh sammitində iştiraka dəvət etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla