Ana səhifə Toplum |
Millət vəkili Qənirə Paşayeva Yaponiya, Meksika, Nepal, Avstraliya, Livan, Çin, Malayziya və Ekvadorun fəal xanımları ilə görüş keçirib.
Axar.az xəbər verir ki, millət vəkili xarici ölkələrin fəal xanımları ilə görüş zamanı Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb. Deputat Qarabağ həqiqətləri və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı geniş məlumat verib.
Q.Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulduğunu bildirib, beynəlxalq aləmdəki nüfuzlu qadınları Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə seyrci qalmamağa çağırıb.
Əcnəbi fəal qadınlar təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini qeyd ediblər.
Görüşdə sözügedən ölkələrin qadın siyasətçləri, iş adamları, QHT, KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin vacibliyi, həmçinin münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğu vurğulanıb.
Q.Paşayeva əcnəbi fəal qadınlara Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da danışıb.
Tarix
2018.11.19 / 12:33
|
Müəllif
Aygün Yusibova
|