Yuxarı

Uşaqların sevimli keksində kif aşkarlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:11

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bir müddət öncə yoxlama apararaq satışına qadağa qoyduğu məşhur şirniyyat şirkəti “Ozmo”nun “Oqopoqo” keksində kif müəyyən edilib.

Axar.az xəbər verir ki, kiflənmiş şirniyyat Sabunçu rayonu Hövsan qəsəbəsində yerləşən böyük super marketlərin biridən alınıb. Alıcı şirniyyatın üzərindəki istehsal tarixinə baxaraq alıb. Qablaşdırmanın üzərində 02.07.2018-ci il tarixdə istehsal olunduğu və 02.04.2019-cu ilə qədər vaxtının olduğu qeyd edilib.

Lakin qablaşdırmanı açdıqdan sonra onun kifləndiyi məlum olub.

“Ozmo”nun ölkəyə idxalı və dağıtımını həyata keçirən “Veysəloğlu” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Oqopoqo” keksində kifin aşkarlanması ancaq məhsulun saxlanma şəraitinin doğru olmaması ilə əlaqədar ola bilər.

Şirkətdən verilən məlumata görə, üzərində istehsal tarixi olan və müddəti ötməmiş məhsulda əlavə nöqsanın aşkarlanması mümkün deyil:

“Nöqsan ancaq marketdə şirniyyatın saxlanma şəraitinə düzgün əməl edilməməsi ilə əlaqədardır”.

Xatırladaq ki, sentyabrda “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo” şirniyyatları, “Banduel” qorox qida məhsullarında sıra nöqsanlar – bakteriyalar aşkar edildiyi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yaymışdı. Lakin sonra məlumat təsdiqini tapmadı.

Tarix
2018.11.19 / 13:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla