Yuxarı

Tibb Universitetinin növbəti uğuru

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

29-31 oktyabr 2014-cü il tarixində Böyük Britaniyanın Liverpul şəhərində Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) təşkilatçılığı ilə Dünya Konqresi keçiriləcək.

Elchi.az-ın məlumatına görə, cəmiyyətin təşkil etdiyi 34-cü Dünya Konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri, tibb elmləri doktoru Ramiz Bayramov təmsil edəcək. Həmyerlimiz mədə xərçənginin cərrahi müalicəsinə dair elmi məruzə ilə çıxış etmək üçün dəvət edilib. Konqresin proqramı ilə tanış olarkən diqqət yetiriləsi məsələlərdən biri də ondan ibarətdir ki, qonşu ölkələrimizdən yalnız Rusiyadan bir mütəxəssisin, postsovet məkanından isə yalnız Ukraynadan bir müəllifin məruzələri konqresin elmi proqramına salınıb. Xüsusi maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, çıxış üçün Rusiyadan dəvət almış məruzəçi ‒ Z.Məmmədli N.N.Bloxin adına ROEM-in əməkdaşı kimi kongresdə dünya mütəxəssislərinə Rusiyanın Onkologiya elminin nailiyyətlərini təqdim etsə də, milliyyətcə azərbaycanlıdır və Azərbaycan Tibb Universitetinin 1996-cı il məzunudur.

Qeyd edək ki Avropa Cərrahi Onkologiya Cəmiyyəti (ESSO) Dünya Konqresini ildə bir dəfə Avropada keçirir. Konqresin məqsədi və vəzifəsi cərrahi onkologiyaya dair nailiyyətləri bölüşdürməkdən, yaymaqdan, beləliklə də onkoloji xəstələrin sağalması istiqamətində yeni ipucları verməkdən ibarətdir. Konqresdə ABŞ-dan Yaponiyayadək dünyanın bütün olkələrindən minlərlə cərrah-onkoloq iştirak etsə də, məhdud sayda mütəxəssis çıxış üçün dəvət alır. Başqa sözlə, çıxış üçün konqresə müvafiq sahədə böyük təcrübəyə və nailiyyətə malik mütəxəssislər və ekspertlər dəvət edilirlər.

Tarix
2014.10.24 / 13:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla