Yuxarı

“Nar”dan fiziki məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti sosial aksiyasını gerçəkləşdirib. 3 dekabr – Beynəlxalq Əlillər Günündə mobil operator fiziki məhdudiyyətli insanlara dəstək nümayiş etdirib.

Axar.az xəbər verir ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların bir-biri və yaxınları ilə daha rahat ünsiyyət qurması üçün onları limitsiz internetli “Nar” nömrələri ilə təmin edib. Təqdim edilən “Nar” nömrələri ilə eşitmə və nitq məhdudiyyətli şəxslər video zəng edə bilər. Video zəng vasitəsilə eşitmə və nitq məhdudiyyətli şəxslər öz fikirlərini işarət dilində izah etməklə yaxınları ilə daha rahat ünsiyyət qura biləcəklər. Bununla da məsafədən asılı olmayaraq, əlaqə problemlərindən uzaq olacaq və cəmiyyətə daha asan inteqrasiya olunacaqlar. Qeyd edək ki, nömrələr "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin üzvlərinə təqdim edilib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nün "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Məqsəd cəmiyyəti fiziki məhdudiyyətli insanların problemlərinin həllinə cəlb etmək, onların bütün hüquqlarını qorumaqdır.

3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Məlumat xarakterli vəsait sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların yaxınları daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif layihələr gerçəkləşdirib. Qeyd edək ki, “Azerfon” (“Nar” ticarət nişanı) şirkətinin əməkdaşları arasında hazırda fiziki məhdudiyyətli şəxslər də var.

“Nar”ın KSM strategiyası haqqında daha ərtaflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.12.03 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu və Ərdoğan Bakıya gəlir – İrəvandan baxış

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla