Yuxarı

SSRİ Atropatena tarixini belə saxtalaşdırıb - Tarixçi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ Atropatena tarixini belə saxtalaşdırıb - Tarixçi

Media və Yayım Şurasında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilib.

Axar.az xəbər verir ki, seminar tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında baş tutub.

“Sovet tarixindən bizə iki problem irs qalıb. Problemlərdən biri odur ki, Atropatena dövləti e.ə. 4-cü əsrdə yaradıldığı bildirilib. Deyilənə görə, Albaniya dövləti də həmin vaxt yaranıb. Bu tarix bizim tarixşünaslığımızı böhran vəziyyətində qoyub. Bir çox adam deyir ki, Azərbaycan tarixi aydın deyil. Bəli, məhz bu səbəbdən aydın deyil. Çünki sovet hökuməti deyirdi ki, Albaniya və Atropatena eyni vaxtda yaranıb. Bu o deməkdir ki, Albaniya və Atropatena arasında heç bir əlaqə yoxdur.

Əslində, Atropatena Makedoniyalı İsgəndərin imperiyası dağılanda yox, Assuriya imperiyası dağılanda yaranıb. Bu haqda Roma tarixçiləri də qeydlər aparıb.

Bundan başqa, e.ə. 3-cü əsrdə Roma tarixçisi yazır ki, Atropatena adlı dövlət Makedoniyalı İsgəndərdən xeyli əvvəl yaranıb. Başqa bir tarixçi isə qeyd edir ki, İsgəndər gələndə artıq Atropatena dövləti var idi.

Bütün bu qeydlər onu göstərir ki, Atropatena e.ə. 4-cü əsrdə deyil, e.ə. 7-ci əsrdə yaranıb.

Albaniyaya gəldikdə isə, Albaniyanın e.ə. 4-cü əsrdə yarandığına dair mənbələrdə heç bir məlumat yoxdur.

Bunu bilməliyik ki, elmdə iki - “mənbə” və “tədqiqat” ifadəsi var. Bunlar tamamilə fərqli məsələlərdir. Mənbə qədim yazılara deyilir. Tədqiqat isə indiki tədqiqatçılara deyilir və kim nə istəyirsə, onu da yazır. Ermənilər bizə qarşı iddialar edəndə bir dənə də olsun mənbə adı çəkmirlər. Ancaq tədqiqatçılardan misallar çəkirlər. Yaxın günlərdə də 100-ə yaxın tədqiqatçı tapıb danışdırıblar. Bu səbəblə də ermənilər bir söz deyəndə diqqət etmək lazımdır ki, onlar mənbəyə əsaslanır, yoxsa tədqiqatçıya? Bir daha qeyd edirəm, Albaniyanın e.ə. 4-cü əsrdə yarandığına dair bir dənə də mənbə yoxdur”, - Həsənov bildirib.

Onun sözlərinə görə, eradan əvvəl 7-ci əsrdə Atropatena dövləti yarananda Albaniya bu dövlətin tərkib hissəsi olub:

“Atropatena alban adlı tayfanın yaşadığı məskən idi. 1-ci əsrdə isə hansısa səbəblərdən dolayı albanlar Atropatenanın tərkibindən çıxıb öz müstəqilliklərini elan etdilər. Ancaq Albaniya Atropatenanın törəməsidir”.

Tarix
2026.09.21 / 17:03
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla