Yuxarı

ASAN və BMT-dən Bakıda birgə tədbir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİSEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları Gününə həsr olunmuş “Uşaq hüquqları uşaqların gözündə” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və digər qonaqlar iştirak ediblər.

Öncə qonaqlar YUNİSEF və ASAN Könüllüləri Təşkilatının birgə reallaşdırdığı “Uşaq hüquqlarının təşviqi” layihəsi çərçivəsində təşkil olunan təlimçilər üçün təlim proqramı (TOT) ilə tanış olublar. Sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, 160 №-li klassik gimnaziyanın, "Tərəqqi liseyi"nin və XXI ƏSR / Beynəlxalq Təhsil və İnnovasiya mərkəzinin şagirdlərinin hazırladığı “Mənim hüquqlarım: uşaq hüquqları uşaqların gözündə” və ASAN Məktub layihəsinin sərgiləri ilə tanışlıq gerçəkləşdirilib. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının qorunması və təbliğinin uşaqların gözü ilə vətəndaşlara çatdırılması, o cümlədən bu istiqamətdə peşəkar təlimçi qruplarının formalaşdırılması, paytaxtda və regionlarda əhalinin maarifləndirilməsidir.

“Uşaq hüquqlarının təşviqi” layihəsi üzrə bu ilin noyabr ayından etibarən ekspertlər tərəfindən təlimçilər üçün təlim proqramı (TOT), maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçirilir. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Qubada yaşayan əhalinin maarifləndirilməsi nəzərdə tutulur.

Tarix
2018.12.10 / 17:55
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kiyev Bakını sülh sammitində iştiraka dəvət etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla