Yuxarı

Kəmaləddin Heydərov Qətər səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Qətər səfiri ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Mübarək bin Fahad Əl-Tənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov bildirib ki, bu yaxınlarda Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və keçirdiyi görüşlər, habelə səfər çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" iki ölkənin uyğun nazirlikləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı imkanlar yaradır.

Səfir Mübarək bin Fahad Əl-Təni Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini bildirib.

Nazir Kəmaləddin Heydərov səfir Mübarək bin Fahad Əl-Təniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Tarix
2014.10.28 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla