Yuxarı

Bakıda alıcıları aldadan daha bir mağaza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda alıcıları aldadan daha bir mağaza

Azərbaycanda istehlakçıların çaşdırılması hallarının qarşısı alınır.

Axar.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqini keçirib.

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 134, mənzil 21 ünvanında fəaliyyət göstərən "SİLA" MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilərək istehlakçıların seçim sərbəstliyinə təsir göstərilməklə onların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Belə ki, mağazanın vitrin pəncərəsində "Bütün yeni sezon mallarına 25% endirim" məzmunlu reklam yerləşdirilsə də, mağazada həmin malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyənləşdirilib.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş "SİLA" MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Tarix
2014.10.28 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla