Yuxarı

Şəmkirdə yas qadağası: “Ehsan istəyirsizsə, körpü tikin”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə yas qadağası: “Ehsan istəyirsizsə, körpü tikin”

Şəmkirdə yas qadağaları davam edir.

Axar.az-a verilən məlumata görə, bu gün rayonun Keçili kənd sakini Cəfər İsayevdən qohumunun yas məclisində yemək süfrəsi açmamaq tələb edilib. Rayonda oxşar vəziyyətlə Tural Qurbanov adlı sakin də üzləşib.

İcra və bələdiyyə nümayəndələri oktyabrın 28-də yas mərasimlərinə qabaqcadan gedərək ehsan qadağasını xatırladıblar.

Məlumatda deyilir ki, icra nümayəndələri yas düşən evlərdə tədarük görən hüzr sahiblərinə xəbərdarlıq edirlər. Şəmkirdən gələn xəbərlərə görə, yasda yalnız halva, göyərti, çörək, çay, xurma və qənd icazəsi var.

Keçili kənd bələdiyyə sədri Vahid Verdiyev ehsan vermək istəyən və israfçılıq edən şəxsləri kasıblara kömək etməyə, körpü salmağa, yol düzəltməyə çağırıb. İcra başçısının müavini Fəxrəddin Vəliyevin isə ANS-ə verdiyi məlumata görə, rayonun ağsaqqalları yığışıb, qərar veriblər ki, ehsan təmtəraqlı olmasın.

Tarix
2014.10.29 / 08:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla