Yuxarı

Prezident Bakıda tutulan gömrük sədri haqda: Dost idik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Bakıda tutulan gömrük sədri haqda: Dost idik...

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün dekabrın 19-da keçirdiyi mətbuat konfransında korrupsiya ilə mübarizə tədbirləri barədə danışıb.

Virtualaz.org xəbər verir ki, prezidenti bu zaman bir neçə gün əvvəl Bakıda saxlanılan keçmiş yüksək vəzifəli məmur-Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisi və Avrasiya İttifaqı “hökuməti”ndə nazir postunu tutmuş Adamkul Junusovu da xatırladıb.

“Mən Adamkul Junusovla dost idim, yaxşı münasibətlərim vardı, amma görürsünüz də, onu bu yaxınlarda tutdular. Tezliklə gətirəcəklər” - dövlət başçısı bildirib.

Adamkul Junusov korrupsiyada ittiham olunur və barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi. Axtarışa veriləndən sonra bir müddət Nyu Yorkda gizlənib, dekabrın əvvəllərində Nyu Yorkdan Bakıya uçub və Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Hazırda onun Qırğızıstana ekstradisiyası üçün proseduralar həyata keçirilir, Junusov ekstradisiyaya qədər Kürdəxanı təcridxanasında saxlanılacaq.

Qırğızıstan prezidentinə görə kimliyindən asılı olmayaraq korrupsiya əməllərinə yol verənlərin cəzalandırılmasını qanun tələb edir. “Əgər korrupsiya ilə seçim əsasında mübarizə aparsaq bu dəyənək mənə geri dönəcək və bir ucu məni vuracaq. Belə olmaz”-Jeenbekov deyib.

Tarix
2018.12.19 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla