Yuxarı

Deputatdan Tovuzun 5 kəndi ilə bağlı şad xəbər: Sabah...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan Tovuzun 5 kəndi ilə bağlı şad xəbər: Sabah...

Sabah Tovuzun 5 kəndində yeni içməli su xəttinin açılışı olacaq.

Bu barədə Axar.az-a millət vəkili Qənirə Paşayeva bildirib. Deputat Tovuzun Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Qədirli və Çilovdarlı kənd sakinlərini bu münasibətlə təbrik edib:

“Tovuzun bu beş kəndində sakinlərin içməli su ilə bağlı yaşadıqları böyük problemlərdən dolayı narahat olurduq. Bununla bağlı müraciətləri bir neçə dəfə Milli Məclisdə qaldırmaqla Azərsu ASC-nin rəhbərliyinə müraciətlər edərək problemin həllinə yardımçı olmağa çağırmışam. Eyni zamanda, məsələ ilə bağlı təkliflərlə də çıxış etmişəm. Dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Tovuz kəndlərinin yaşadığı problemlərin həlli üçün vəsait ayrıldı, nəticədə qısa zamanda işlər başa çatdı. Tovuz kəndlərinin içməli su ilə təminatının yaxşılaşdırılmasına göstərdiyi dəstəyə görə həm seçicilərim, həm Tovuz ictimaiyyəti, həm də öz adımdan cənab prezidentə təşəkkür edirəm”.

Millət vəkili Azərsu ASC-nin rəhbərliyinə və rayon icra hakimiyyətinə də təşəkkür edib:

“Sabah açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin iclasından və vacib müzakirələrdən dolayı iştirak edə bilməsəm də, bütün sakinlərimizi bir daha təbrik edirəm. Yaxın günlərdə kəndlərimizi ziyarət edib, sakinlərlə görüşəcəyəm”.

Tarix
2018.12.19 / 18:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Mustafayev Bayraqdarla hərbi-texniki əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla