Yuxarı

Rus çempionu öldürən Anara cəza verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus çempionu öldürən Anara cəza verildi - Video

11:06

Xabarovsk əyalət məhkəməsi ağırlıqqaldırma üzrə Dünya və Avropa çempionu Andrey Draçevin ölüm işi üzrə həmyerlimiz Anar Allahverənovu təqsirkar bilərək, onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, dövlət ittihamçısı Allahverənov üçün 19 il həbs cəzası istəsə də, müttəhimin vəkilləri buna etiraz ediblər.

Məhkəmədə son söz verilən Allahverənov Andrey Draçevin yaxınlarında üzr istəyib. Qismən günahkar olduğunu etiraf edən Allahverənov cinayəti ehtiyatsızlıq səbəbindən törətdiyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin 20 avqustunda Xabarovskda yerləşən kafelərdən birində Andrey Draçevlə Anar Allahverənov arasında dava baş verib. Hadisə nəticəsində aldığı xəsarətlərdən Draçev xəstəxanada dünyasını dəyişib. Anar Allahverənov hadisədən təxminən 1 ay sonra hüquq-mühafizə orqanlarına müraciət edərək təslim olub.

Tarix
2018.12.20 / 15:37
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla