Yuxarı

Nazirlik xəbərçilik edənləri mükafatlandıracaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik xəbərçilik edənləri mükafatlandıracaq

Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı "vergi xəbərçiliyi" nəzərdə tutulub. Amma bununla bağlı mükafatlandırma mexanizmləri yoxdur.

Report xəbər verir ki, bunu mətbuat konfransında Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər:

"Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər".

Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. “Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. “Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də “İnformator” adlanırlar.

Tarix
2018.12.25 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla