Yuxarı

Ərəblər Azərbaycanda ova çıxdılar – Cəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirlik ölkə ərazisində reydlər keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Axar.az-a verilən məlumata görə, "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə nazirlik əməkdaşlarının keçirdiyi reydlər davam etdirilir.

2014-cü ilin oktyabr ayında keçirilən reydlər zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

17 oktyabr 2014-cü il tarixində Ağgöl Milli Parkının ərazisinə daxil olmaq istəyən, içərisində İraq vətəndaşları Jamal Ahmed Salm və İmad Alabersan Hlailin olduğu 90 SR 229 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq götürülüb.

26 oktyabr 2014-cü il tarixində Milli Parkın ərazisində keçirilən növbəti reyd zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Jamal Akil Mahfouz və Jomaa Aljodeia Khatabın olduğu 90 TD 576 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil saxlanılıb. Avtomobildən quş ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və 4 nəfər əcnəbi qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə olunub və həmin məbləğin ödənilməsi təmin edilib.

Xatırladaq ki, 2014-cü ilin 9 ayı ərzində ETSN-nin əməkdaşları tərəfindən respublika ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 152 nəfər saxlanılıb, onlardan 148 ədəd ov tüfəngi və 543 ədəd patron götürülüb. Qanunu pozmuş şəxslər barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 138012 manat məbləğində cərimə və iddia tətbiq edilib.

Eyni zamanda, reydlər zamanı qanun pozucuları tərəfindən şəxsiyyətlərini təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməməsi, Nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi halları da baş verib. Bu qanun pozucuları barəsində tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Tarix
2014.10.31 / 15:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla