Yuxarı

“20 Yanvar”dakı rəzalətin sona çatacağı vaxt bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin yanvarından etibarən metronun "20 Yanvar" stansiyası qabağındakı rəzalətə son qoyulacaq.

Axar.az xəbər verir ki, metronun qabağında hökm sürən xaos, basabas sərnişinləri boğaza yığıb.

Sumqayıt, Lökbatan bazarlarına gedən sürücülərin hay-həşiri isə metronun qarşısını böyük bir bazara çevirib.

Ancaq 2015-ci ildə "Avtovağzal" stansiyası açılmaqla "20 Yanvar" dairəsində yaşanan fəlakətli vəziyyət olmayacaq. O da bildirilir ki, bu stansiyanın təhvil verilməsi "20 Yanvar"da ticarətin tamamilə ləğv olunmasına gətirib çıxaracaq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib ki, 53 yeni stansiya və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. Hazırda "Beynəlxalq Avtovağzal terminalı"ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir.

Belə ki, "Avtovağzal" (B-1); "Memar Əcəmi-2" (B-2) stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir. Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Tarix
2014.10.31 / 21:02
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla