Yuxarı

Qadınlar üçün metroda xüsusi vaqon ayrılsın? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metroda davamlı olaraq yaşanan sərnişin sıxlığından ən çox əziyyət çəkən qadınlar olur. Bu problemin aradan qaldırılması üçün bir çox ölkələrdə müxtəlif addımlar atılır, qadınların xüsusilə günün pik saatlarında metroda sıxlıqda qalmaması üçün tədbirlər görülür.

Axar.az xəbər verir ki, gündoğan ölkəsi olan Yaponiyada yalnız qadınlar üçün günün pik saatlarında qatara vaqonlar əlavə edilir. Bu vaqonların ayrılmasına səbəb isə basabasda zərif cinsin nümayəndələrinin əzilməməsidir.

Tokio, Tailand, Pekin, Şanxay…

Tailandda kişilərlə birgə səyahət etmək istəməyən qadınlar üçün də ayrıca vaqonlar fəaliyyət göstərir. Hakimiyyət dairələrinin fikrincə, bu, qadınların təhlükəsizliyini artırır.

Yenilik 2014-cü ilin avqustun 1-dən tətbiq olunub. Adi sərnişin qatarlarına qadınları daşımaq üçün nəzərdə tutulmuş ikinci sinifli əlavə vaqonlar qoşulur. Bu vaqonlara bir sıra məhdudiyyətlərlə kişilər də buraxılır. Onlar 10 yaşından yuxarı və boyları 150 santimetrdən artıq olmamalıdır.

Çinin Pekin, Şanxay və s. böyük şəhərlərində də belə bir təklif gündəmə gəlmişdi. Amma ölkə rəsmiləri “qadınlar üçün xüsusi vaqon” təklifinə müsbət yanaşmamış və daha fərqli çıxış yolları axtarmışdı. Rəsmilər Pekində hər gün 4 milyondan çox insanın metrodan istifadə etdiyini, bunun yarısının qadın olduğunu vurğulayaraq, bu vəziyyətdə qadınlara xüsusi vaqon ayrılmasının çətin olacağını demişdilər.

“Geriyə doğru bir addım”

İngiltərəlilər isə belə bir təklifə “yox” deyib. 2015-ci ildə İngiltərədə ictimai nəqliyyat vasitələrində artan təcavüz hadisələrinə qarşı qatarlarda bəzi vaqonlara təkcə qadınların buraxılması təklif edilmişdi. Lakin həmin vaxt bir universitet tərəfindən hazırlanan xüsusi məruzədə qeyd edilmişdi ki, ayrı vaqon tətbiqi “geriyə doğru bir addım” və həm qadınlar, həm də kişilər üçün alçaldıcı ola bilər. Bu səbəbdən təklif dəyərləndirilməmişdi.

Kişilər də qadınlar üçün ayrıca vaqon istəyir

Azərbaycanda isə bu məsələ dəfələrlə gündəmə gəlsə də, reallaşması üçün heç bir addım atılmayıb. İlk dəfə 9 il öncə, 2010-u ildə mediada sözügedən mövzu gündəmə gəlmişdi. Həmin vaxt “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda apardığı sorğu əksər sərnişinlərin qatarlarda qadınlar üçün ayrı vaqonların yaradılmasına tərəfdar olduğunu üzə çıxarmışdı. Sorğuya cavab verən qadınların 92,4 faizi qadınlar üçün xüsusi vaqonların ayrılmasını dəstəkləmişdi.

Sorğuda iştirak etmiş kişilərin də qadınların ayrıca səyahət etmələri üçün müvafiq şəraitin yaradılmasına tərəfdar olduqları üzə çıxmışdı. Onların 76,4%-i ayrıca “qadın vaqonları”nın təşkil edilməsini dəstəkləmişdi.

Həmin vaxt Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin mətbuat xidmətinin rəisi olan Nadir Əzməmmədov mediaya açıqlamasında Azərbaycanda bunun mümkün olduğunu bildirmişdi. Lakin məsələ elə olduğu kimi qaldı.

2015-ci ilin oktyabr ayında sözügedən məsələ yenidən sosial şəbəkələrdə gündəmə gətirildi və istifadəçilər arasıda gedən müzakirələrdən sonra məsələ heç bir nəticə olmadan sonlandırıldı.

Metropolitenin buna potensialı var, ancaq…

Bakı Metropoliteninin keçmiş mətbuat katibi, bu sahə üzrə mütəxəssis olan Nəsimi Paşayev Axar.az-a açıqlamasında bildirib ki, metroda qadınlara ayrıca vaqonun ayrılması üçün müvafiq qurumlara müraciət olunmalıdır:

“Rəsmi olaraq təklif gəlməmişdi. Ancaq sosial şəbəkədə müzakirə açılmışdı. Elə açıldığı kimi də bağlandı. Məncə, bunun üçün rəsmi mexanizm işlənməlidir. Müvafiq qurumlara müraciət olunmalıdır və baza yaradılmalıdır”.

Ekspertin fikrincə, bu, nəzəri baxımdan mümkün görünsə də, tətbiqində problem yaşana bilər. N.Paşayev bildirib ki, əgər rəsmi qərar verilərsə, Metropolitenin istənilən qərarı tətbiq etməyə potensialı var:

“Bizdə bu cür vaqonları tətbiq etsələr belə, kişilər həmin vaqona minəcəklər. Çünki bizim cəmiyyətdə hər kəs özünə görə haqlıdır. Məsələn, deyəcək ki, o biri vaqonda basabasdı, normal boş vaqonlar olsun, biz də minməyək.

Bunu prosedur olaraq həyata keçirmək çətin deyil. Əvəlcədən ictimaiyyətə elan ediləcək, lazımi yazılar, elanlar vurulacaq. Bu qədər sadədir əslində. Ancaq buna nəzarət mexanizmi olmalıdır ki, bu da çox çətindir.

Buna xüsusilə pik saatlarda əlavə polis və ya metropoliten işçisi təhkim olunmalıdır ki, prosesə nəzarət etsin. Metropoliten olaraq bunun tətbiqi asandır, ancaq cəmiyyət olaraq çox çətin”.

N.Paşayev bildirib ki, qadınlar üçün vaqonların ayrılmasındansa, yeni xətlərin açılması daha məqsədəuyğundur:

“Məncə, bunun daha rahat yolu var. Metropolitenin inkişafına xüsusi diqqət ayrılmalıdır. Yeni tikiləcək xətlər, açılacaq stansiyalar vasitəsilə sərnişin sıxlığını, eyni zamanda, yerüstü nəqliyyatın yükünü də azaltmaq daha məqsədəuyğundur”.

Tarix
2019.01.04 / 12:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

MM sədri kim olacaq? - İki əsas namizəd

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

Blinken İlham Əliyevi təbrik etdi

Prezident sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla