Yuxarı

Londanda Azərbaycana dair forum keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londanda Azərbaycana dair forum keçirildi

Noyabrın 5-də Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ənənəvi biznes forum keçirilib.

APA-nın məlumatına görə, forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən AAC-ın biznes əlaqələndiricisi Venesa Rain Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edib və ölkəmizin son illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkəmiz siyasi və iqtisadi sabitliyini qorumağı bacarıb.

AAC-ın sədri Tale Heydərov deyib ki, forumun məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. "Forumun ənənəvi olmasından məmnunluq duyur və onun ölkəmizdə biznesin inkişafına töhfə verəcəyinə, xarici investisiyaların artmasına müsbət təsir edəcəyinə ümid bəsləyirik" – deyə T.Heydərov bildirib. O, forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinə daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinə və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin inkişaf tarixinə nəzər salaraq qısa vaxt ərzində qazanılan böyük uğurlar barədə məlumat verib. Səfir qeyd edib ki, Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru - kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, turizm və digər sahələrdə də artım müşahidə olunur, inflyasiya azalır, iqtisadiyyata yatırılan investisiyanın həcmi artır.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi Azərbaycanın daha da inkişaf etməsi üçün yetərli potensial olduğunu vurğulayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin(EEAS) nümayəndəsi Dirk Schuebel Avropa və Azərbaycan arasındakı münasibətlərin inkişafından bəhs edərək forum iştirakçılarına bununla bağlı statistik məlumatlar çatdırıb, Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bildirib.

Böyük Britaniya ilə ölkəmiz arasındakı investisiya əlaqələri haqqında danışan Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Britaniya sərmayədarları üçün böyük əhəmiyyət kəsb edir və hər iki ölkənin iş adamları qarşılıqlı yatırımlara maraq göstərirlər.

Tarix
2014.11.05 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla