Yuxarı

İcra başçısı: “Maşallah Əhmədova üç dəfə cinayət işi açılıb”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı: “Maşallah Əhmədova üç dəfə cinayət işi açılıb”

"Neftçi"nin veteran futbolçusu Maşallah Əhmədovla İmişlinin icra başçısı Vilyam Hacıyev arasında pul qalmaqalına son qoyulub. Xəbərə görə, V.Hacıyev M.Əhmədova Göygöl, Samux və İmişlidə gördüyü işlərin müqabilində 2 milyon manatı ödəməkdən imtina edib.

Axar.az xəbər verir ki, icra başçısı barəsindəki ittihamlara aydınlıq gətirib. V.Hacıyev Vətəninfo.az-a deyib: "İmişli rayonunda abadlıq və quruculuq işlərinin görülməsi üçün ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 milyon manat vəsait ayrılmışdı. Podratçı şirkətlə müqavilə imzalanıb və görülən işlərin həcmində bu vəsait şirkətin hesabına köçürülüb.

Bu məsələ ilə bağlı dəfələrlə mən özüm açıqlama vermişəm və bəyan etmişəm ki, İmişli rayonunda abadlıq və quruculuq işlərində Maşallah Əhmədov hər hansı şəkildə iştirak etməyib və ona bir qəbik belə borclu deyilik".

V.Hacıyev qeyd edib ki, üç dəfə Maşallah Əhmədov haqqında Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb:

"Maraqlıdır ki, hər dəfə də Maşallah Əhmədov özünü bu açılan cinayət işlərindən qurtara bilib".

İcra başçısı onu ittiham edən mətbu orqanları məhkəməyə verəcəyini söyləyib:

"Böhtan yazanlardan hüquqlarımızı məhkəmə müstəvisində qorumağa çalışanda bu media orqanları Mətbuat Şurasına müraciət edərək, onlarla bağlı məhkəmə proseslərinin durdurulması üçün xahiş-minnət edirlər. Niyə yalan və böhtan yazırsınız ki, sonra da xahiş və minnətçi olursunuz? Bunu bəri başdan araşdırın, mövqeyimizi öyrənin, sonra yazın".

Tarix
2014.11.08 / 13:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla