Yuxarı

Hansı ali məktəblər birləşdirilə bilər? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması ilə bağlı Fərman imzalamasından sonra ekspertlər AMEA-da bir-birini təkrarlayan institutların birləşdirilməsinin vacib olduğunu qeyd ediblər.

Bəs görəsən, dövlət universitetlərində də bu cür islahatların aparılmasına ehtiyac varmı?

Məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2019-cu ildə bəzi dövlət ali təhsil müəssisələrinin birləşdirilməsi və ya ləğv olunması prosesinin baş verəcəyi istisna deyil:

“İlk növbədə qeyd edim ki, elm, təhsil fəaliyyəti göstərən qurumlara nəzər saldıqda bir neçəsinin eyni işi gördüyünün şahidi oluruq. Onların vahid halda fəaliyyət göstərməsi daha məqsədəuyğun olar. Çünki 50-dən çox ali təhsil müəssisəmiz tam şəkildə müasir standartlara cavab verən və əmək bazarının tələbini yerinə yetirən kadr hazırlığı həyata keçirə bilmir. Bir çox universitetlər dövlət büdcəsi üçün əlavə xərc və yükdür. Bir neçə il əvvəl Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu isə Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib”.

Ekspert eyni ixtisasların mövcudluğu səbəbindən aşağıdakı dövlət ali təhsil müəssisələrinin birləşdirilməsinin lazım olduğunu bildirib:

“Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Sənaye Universiteti” adı altında birləşdirilə bilər. Bakı Slavyan Universitetinin Azərbaycan Dillər Universitetinə birləşdirilməsi məqsədəuyğundur. Dillər Universiteti olduğu halda Slavyan Universitetinə nə hacət? Azərbaycan İncəsənət Universiteti ilə Azərbaycan Milli Konservatoriyasının birləşdirilməsinə də ehtiyac var. Düşünürəm ki, imkanların bir yerə toplanması, vahid strategiya ilə eyni istiqamətə yönəldilməsi baxımından bu birləşmələr xeyirli ola bilər. Bundan başqa, onsuz da bu təhsil ocaqlarını bitirən gənclər nəticədə eyni peşənin sahibi olur”.

Tarix
2019.01.21 / 14:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla