Yuxarı

Hərbçilərimiz NATO-nun qış dağ hazırlığı kursunda... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Mtsxeta-Mtianeti regionunda, Qudauri qəsəbəsində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri üçün aralıq qış dağ hazırlığı kursu keçirilir.

Report xəbər verir ki, kurs Alyansın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbi tərəfindən keçirilir.

Kursda Azərbaycan, Litva, Belarus, Ukrayna və Gürcüstanın, ümumilikdə 14 hərbçisi iştirak edir. Azərbaycanı təlimdə 1 hərbçi təmsil edir.

Təlim çərçivəsində hərbçilər xizəklərlə hərəkət etmə texnikası və enişli yollarda maneələr cərgəsini keçmək, qarda gecə sığınacağının qurulması və qar uçqununa düşən şəxsin xilas olunması üzrə biliklər əldə edirlər.

Hərbçilər qış dağ hazırlıq kursunun ilkin mərhələsini Samtsxe Cavaxeti bölgəsinin Abuli dağında keçiblər.

Kurs fevral ayının 8-də başa çatacaq. İştirakçıların hamısı sertifikatlar və mükafat nişanları ilə təltif olunacaqlar. Hazırlıq prosesində fərqlənmiş hərbçilərə qrup rəhbəri tövsiyənamə verəcək.

Tarix
2019.02.03 / 22:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Abramyan bilmədən şok sirri açdı: Bu xəritə gizlədilir!

Əgər Ermənistan Azərbaycan qazı alarsa… - Rus ekspert

Mirzoyan Almatıya bu ümidlə getmişdi - alınmadı...

Bayramov-Mirzoyan görüşü: nəticə nə oldu?

İlin sonunadək bu ərazilərə nə qədər əhali qayıdacaq?

Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi - Foto

Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

Qarabağa ayaq basan ilk beynəlxalq missiya...

Əliyev: Bundan sonra Azərbaycan torpaqlarında...

Şuşanın tarixi simasının bərpası... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla