Yuxarı

Azərbaycandan taksi sürücüsü 5 milyard pul çıxarıb – Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Rüfət Vəliyev və Malik Əliyev özlərini təqsirli bilməyib.

Daha sonra ifadə verən Rüfət Vəliyev deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərən zaman müştərisi olan Türkiyə vətəndaşı Əlican adlı müştəri ilə tanış olub.

Onun sözlərinə görə, sonradan bu şəxsin sürücüsü kimi 700 manat məbləğində məvaciblə razılaşaraq işləməyə başlayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, Əlican iş adamı kimi “Kargo" işlədib və ona müəyyən məbləğdə pulları ayrı-ayrı bank hesablarına köçürməyi tapşırıb.

Hakim bildirib ki, Rüfət Vəliyev bir gündə bir banka nəğd şəkildə 6 milyon manat pul gətirib. Hakim bu pulların hansı şəkildə əldə edildiyini təqsirləndirilən şəxsdən soruşub.

Rüfət Vəliyev deyib ki, bu pullar iş adamı kimi Əlicana məxsus olub və pulun mənbəyini bilməyib.

Hakim xatırladıb ki, pulların köçürülməsi Rüfət Vəliyevin adına 9 firma rəsmiləşdirib. Bu firmaların əvvəlki sahiblərinin kim olduğu sualına Rüfət Vəliyev ”adlarını xatırlamıram, tanışlarım idi”, - deyə cavab verib.

O qeyd edib ki, ancaq sənədlərə imza edib:

“Başqa heç nə bilmirəm. Pulun hansı sənədə əsasən xaricə köçürüldüyünü bilmirəm. Ancaq Malik Əliyev pulları bank hesablarına köçürməyə kömək edirdi”.

Növbəti proses fevralın 13-də davam edəcək.

İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib.

Malik Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

Rüfət Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.

Azər Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

Malik Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.

Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb.

Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konvertasiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

Ülkər Nəbiyev və Arzu Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri, köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, Malik Əliyevə təqdim ediblər.

Rüfət Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün Malik Əliyevlə Vidadi Əliyevə təqdim edib.

Bu qayda ilə Malik Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.

Xatırladaq ki, Malik Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində adı çəkilən şəxslərin barəsində isə ayrıca icraatda araşdırma aparılır.

Tarix
2019.02.06 / 14:42
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla