Yuxarı

Şok fakt: Bakıda gizli vəhhabi sexləri, məscidlərdə halal alverlər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən məscidlərdə vəhhabilərə kolbasa satışı ilə bağlı Axar.az-ın aşkar etdiyi fakt özünü doğrultmaqdadır.

Əməkdaşımız Mətbuat prospektində yerləşən İlahiyyat məscidində olub və gördüyü mənzərəni lentə alıb.

Əməkdaşımızın verdiyi məlumata əsasən, məscidin lap yaxınlığında 90 UH 617 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin yük yerində vəhhabi təriqətinə mənsub görünüşdə olan şəxs mənşəyi, istehsal tarixi, firma adı, ümumiyyətlə, istehsalla bağlı üstündə heç bir qeydi olmayan kolbasalar satmaqla məşğuldur.

Məscidlərdə ibadət etməyə gələn vəhhabilər üçün nəzərdə tutulmuş bu kolbasalar təkcə bu məsciddə satılmaqla bitmir. Qaraçuxur qəsəbə məscidində və Müşfiqabad məscidində də bu cür fəaliyyətlə məşğul olan şəxslər var. Bildirilir ki, bu kolbasalar sırf vəhhabilər üçün istehsal olunur və yalnız onlara satılmağına icazə verilir. Yuxarıda adıçəkilən məkanların isə vəhhabilərin toplaşdığı məscidlər olması heç kimə sirr deyil.

Mənşəyi məlum olmayan, harada istehsal edildiyi, istifadə müddəti göstərilməyən kalbasaların satışını həyata keçirən avtomobilin üzərində olan telefon nömrələri ilə əlaqə saxladıq. Məscidlərin qarşısında satılan kolbasaların istehsalına cavabdehlik daşıdığını açıqca deyən, adının Hacı olduğunu bildirən (ehtimal ki, tituludur) şəxs Axar.az-a açıqlamasında kolbasaları özü üçün hazırladığını bildirdi:

"Kolbasaların heç bir qeydiyyatı yoxdur. Nə sənədi var, nə də icazəsi. Bu kolbasaları öz evimdə kustar üsulla hazırlayıram. Satış məqsədilə hazırlamıram. Fikrət adlı bir dostum bəzən hazırladığım kolbasalardan götürərək dostlarımıza satır. Hazırladığım kolbasaların hamısı halallıqla hazırlanır. Satış məqsədilə hazırlamasam da, dadına və halallığına görə almaq istəyənlər çox olur".

Amma bu kolbasaların hər həftənin cümə günü məscidlərin qarşısında eyni vaxtda satışa çıxarılması müəmmalıdır: kustar üsulla "satmaq üçün hazırlanmayan" bu kolbasalar hansı həcmdə istehsal olunur ki, onu hətta məscidlərin qarşısında satır, satış üçün telefon nömrələri də qoyurlar?

Əməkdaşımız daha bir məqamı da aydınlaşdırıb: İlahiyyat məscidinin arxasında yerləşən "Ət və ət məhsulları" yazılmış dükanda da "halal ət" satılır. Kiçik dükanın içərisində isə halal kolbasa istehsal edən sex yerləşir. Sakinlərin sözlərinə görə, vəhhabilərin halal kolbasa istehsal etdikləri məkanlardan biri olan bu gizli yerdə işçilər də çalışır, kütləvi istehsal da aparılır. Bir kiloqramı 12 manatdan satılan bu kolbasaların üzərində heç bir nişan və qeyd yoxdur.

İstirahət günü olduğu üçün hüquq mühafizə orqanlarının məsələyə münasibətini öyrənə bilmədik.

Mövzunu gündəmdə saxlayacağıq.

Tarix
2014.11.15 / 14:16
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla