Yuxarı

Fəxrəddin Abbasov Bakıya gətirildi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:24

Azərbaycan Respublikası Baş Prokurorluğu Fəxrəddin Abbasovun ekstradasiyası ilə bağlı açıqlama verib.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov Axar.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarının agenti və Ələkrəm Hümbətovun yaxın adamlarından biri kimi tanınan Fəxrəddin Abbasovun Azərbaycana ekstradasiyası ilə bağlı Baş Prokurorluqda heç bir informasiya yoxdur.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının yaydığı məlumata görə, F.Abbasov Rusiyanın Lyuberç şəhərindəki istintaq təcridxanasından yoxa çıxıb.

“Amnesty İnternational” təşkilatının Rusiyadakı nümayəndəliyinin direktoru Natalya Zvyagina isə Abbasovun təcridxanadan Azərbaycana ekstradisiya üçün azad edilə biləcəyini iddia edib.

Abbasov 2018-ci il sentyabrın 6-də Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada həbs edilib.

***

Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olunub.

Dövlət Təhlükəsizliyi Xidmətindən Axar.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs-qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Azərbaycan Respblikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

Tarix
2019.03.01 / 14:58
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Astroloq: Təyyarə qəzası ilə bədəl ödədik - Video

Nazarbayev İlham Əliyevə başsağlığı verdi

Əliyev Tokayevə zəng etdi

Qazaxıstan “balon partlaması” açıqlamasından imtina etdi - Təcili

Tokayev kimi seçəcək: Bakını, yoxsa Kremli?

İƏT baş katibi İlham Əliyevə başsağlığı verdi

Arakçının müavini Azərbaycan səfirliyində - Foto

Rusiyadan “ört-basdır”a növbəti cəhd - Rosaviasiya “bəhanə” tapdı

Kreml üzr istəməyə məcburdur: əks halda... - “Nezıqar”

O qədər silkələnmə var idi ki, elə bildim ölmüşük - Bələdçi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla