Yuxarı

Nazirin əmrilə saxlanılan motosikletçilər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili Işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə dünən gecə saxlanılan motosiklet sürücüləri bu gün həbs edilib. Aznews.az xəbər verir ki, Səbayel və Nəsimi rayon məhkəmələri sürücüləri avtoxuliqanlıqda günahkar bilərək, bir neçə sutkalıq azadlıqdan məhrum edib.

Həbs cəzasının 6 motosiklet sürücüsünə şamil edildiyi bildirilir. Saxlanılan daha 5 sürücünün taleyi haqda isə məlumat verilmir.

Qeyd edək ki, dünən axşam 6 motosiklet nazir Ramil Usubovun gözü önündə yol hərəkəti qaydalarını pozaraq, avtoxuliqanlıq ediblər.

Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıda əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkətlərini tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib.

Gecə saatlarından başlanan "motosiklet ovu"nda 11 motosiklet saxlanılaraq dayanacaqlara aparılıb.

Məlumata görə, əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev (302) və Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) edib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Oxu.az-a dünən gecə saat 22.00-dan etibarən Bakı şəhərində motosikletlərə qarşı xüsusi reyd keçirildiyini təsdiqləyib.

Şöbə rəisi qeyd edib ki, o özü də motosikletlərə qarşı xüsusi reyddə iştirak edib.

"Onlar müxtəlif yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılaraq məsuliyyətə cəlb olunub, motosikletləri isə dayanacağa aparılıb", deyə, V.Əsədov bildirib:

"Hazırda dayanacaqda 10-11 motosiklet var".

Polis rəsmisi motosikletçilərin polisin saxla əmrinə tabe olmamalarını da vurğulayıb:

"Onlar "Azneft" dairəsində DYP əməkdaşının saxla əmrinə tabe olmayıb. Motosiklet sürücülərini saxlamaq üçün yol polisi Yusif Səfərov və Şərifzadə küçələrində süni tıxac yaradıb".

Tarix
2014.11.21 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla