Yuxarı

“Qızımı qaytarın: onun xristian olmasını istəmirəm”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il qalmaqallı ailə dramı ilə yadda qalan Məryəm Nəsirovanın qız övladının qaytarılması ilə bağlı məhkəmə prosesi başa çatıb.

Axar.az-ın əldə etdiyi məlumata əsasən, sentyabrın 9-da keçirilən məhkəmə prosesində verilən qərarla Məryəm Nəsirovanın 9 yaşlı qızı Kazımova Natella Raul qızı ona qaytarılmalı idi. Lakin Məryəm Nəsirovanın keçmiş qayınanası, 62 yaşlı Lüdmila Kazımova (əsl adı - Lüdmila Nicavi-Qəfqani) Apelyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, ötən il Məryəm Nəsirova ərindən ayrıldıqdan sonra, 9 yaşlı qızı Natella Kazımovanı qayınanasından geri ala bilmir. Nəticədə, dəfələrlə ailələr arasında münaqişələr yaranıb. Hətta qarşı tərəf Nəsirovları onlara zor tətbiq etməkdə günahlandırıb. Nazirlər Kabinetində çalışan ailə başçısı Teyyub Nəsirov və Sumqayıtda yaşayan, ixtisası inzibati iqtisadi hüquq sahəsində aparıcı hüquqşünas olan ailənin böyük oğlu İnsaf Nəsirov məsələni daha humanist yolla həll etməsinə çalışsalar da, Məryəm Nəsirovanın keçmiş həyat yoldaşı Raul Kazımov və onun atası Kazımov Rauf Ziyad oğlu daha aqressiv mövqedədirlər.

Məryəm Nəsirovanın Axar.az-ın əməkdaşına söylədiklərinə əsasən, o, daim qızının qayğısına tək qalıb, lakin qayınanasının uşağa psixoloji təzyiqindən sonra Natella onunla soyuq münasibətdədir. Məryəm xanımın dediklərinə əsasən, onun bir ildən də az zamanı var ki, övladını xristian kimi böyüdən nənənin əlindən geri ala bilsin.

Prosesi diqqətdə saxlayacağıq.

Tarix
2014.11.22 / 01:11
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla