Yuxarı

Yəhudi və xristian icması memorial kompleksdə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudi və xristian icması memorial kompleksdə - Video

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksində olub.

Report-un verdiyi məlumata görə, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti Qırmızı Qəsəbədə yerləşən yəhudi Sinaqoqunu və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Kompleksdə nümayəndə heyətinə ermənilərin Qubada törətdiyi soyqırımı barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada tat, yəhudi, buduq, qrız, xınalıq, ləzgi və digər millətlərin nümayəndələri vəhşicəsinə qətlə yetirilərək su arxlarında və quyularında kütləvi şəkildə basdırılıb. Bu dəhşətləri dinləyən nümayəndə heyəti soyqırımı qurbanlarının əziz xatirəsini yad edərək Kompleksin xatirə kitabına ürək sözlərini yazıblar.

Daha sonra Kompleksin muzeyi ilə tanış olan nümayəndə heyətinin rəhbəri M.Şnayer təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüb.

Tarix
2019.03.07 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla