Yuxarı

Prezidentin bu gün general etdiyi polkovnik – Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin bu gün general etdiyi polkovnik – Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İnqilab Heydər oğlu Muradova general-mayor hərbi rütbəsi verilib.

Axar.az xəbər verir ki, İnqilab Muradov 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edir.

30 iyun 2002-ci ildə "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Həmçinin İnqilab Muradov "Qüsursuz xidmətlərə görə”, "Hərbi xidmətlərə görə”, 2 və 3 dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.

Prezidentin sərəncamı ilə 2018-ci ildən İnqilab Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavinidir.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alan digər şəxs Səlim Niftəliyevdir. S.Niftəliyev Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiridir.

Onun haqqında ətraflı bilgi yoxdur.

Tarix
2019.03.08 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla