Yuxarı

Bakıda yerli qızıl sikkə və külçələr satışda - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yerli qızıl sikkə və külçələr satışda - Video

Bazara yerli qızıldan hazırlanmış sikkə və külçələr çıxarılıb.

Xəzər Xəbər-in məlumatına görə, "Azergold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bazarda araşdırma aparılıb və 5, 10 və 20 qramlıq qızıl sikkə və külçələrə tələbatın yüksək olduğu müəyyən edilib.

Cəmiyyətin sədr müavini Xəyyam Fərzəliyevin sözlərinə görə, ilkin mərhələdə 4400 ədəd 999,9 əyarda qızıl külçə, eləcə də qızıl və gümüş sikkələr istehsal edilərək satışa çıxarılıb. Qiymətləri isə qızıl və ya gümüş, eləcə də sikkə və ya külçə olmasından asılı olaraq, 120-2550 manat arasında dəyişir.

Məqsəd yerli sahibkarlara dəstək vermək, satış nöqtələrini canlandırmaq, eləcə də tarix, mədəniyyət və incəsənətin əbədiləşdirilməsindən ibarətdir.

Təmiz yerli qızıldan olan sertifikatlaşdırılmış külçə və sikkələrin premium sinfə aid olduğu nəzərə alınaraq, satışı böyük təcrübəyə malik şirkətlərin mağazalarında təşkil edilib. Premium sinfə aid olan bir neçə şəbəkə ilə də danışıqlar davam etdirilir. İlkin mərhələdə yalnız yerli bazarda satışa çıxarılan bu qızıl məhsullarının daha sonra xarici ölkələrdə satışı planlaşdırılır.

Tarix
2019.03.09 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla